Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / ELMAR VƏLİYEVİN YÜZ MİN DOLLARLIQ SAATLARI – FOTO

ELMAR VƏLİYEVİN YÜZ MİN DOLLARLIQ SAATLARI – FOTO

Sosial şəbəkələrdə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dəyəri yüz min dollardan baha olan qol saatlarının fotoları yayılıb.

Azinforum.az  xəbər verir ki, foto qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Maraqlı burasıdır ki, İcra hakimlərinin rəsmi maaşı 1450 manat təşkil edir.

Bu zaman sual yaranır: ” Elmar Vəliyev hansı pulla yüz minlik saat taxır”.  Bu saata verilən pulla görə, Gəncə sakinlərinin cibinə girilməyibmi?

Son olaraq xatırladaq ki, son həftədə prezident İlham Əliyevin sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb. Sərəncama səbəb isə həmin icra başçılarının etimadı doğrultmamasıdır.

Yəqin ki, belə məqamda bu fotoların yayılması  Elmar Vəliyev üçün heç də yaxşı perspektiv vəd etmir.

 

Həmçinin oxuyun

Tağı Əhmədov “aristokratların xəstəliyi”ndən müalicə olunur

Hakim partiyanın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti ağırlaşıb, sağlıq …

Bir cavab yazın