Ana səhifə / Cəmiyyət / Elmar Vəliyevin qardaşının “Azərişıq”la məhkəmə çəkişməsi yekunlaşdı

Elmar Vəliyevin qardaşının “Azərişıq”la məhkəmə çəkişməsi yekunlaşdı

Bakı Kommersiya Məhkəməsində “Azneftemaş” ASC-nin “Azərişıq” ASC-yə qarşı iddiasına baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Azneftemaş” şirkətinin iddiası rədd edilib.

Xatırlatma: “Azneftemaş” ASC “Azərişıq” ASC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Şirkət elektrik istehlakı ilə bağlı tələb irəli sürüb.

Qeyd: “Azneftemaş” ASC-nin prezidenti Şahmar Rüstəm oğlu Vəliyevdir. Ş.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.

Həmçinin oxuyun

“Məqsəd Əhmədovu “silkələmək” ola bilər”

Məlum olduğu kimi, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovla tanınmış prodüser və iş adamı İosif …