Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Elmar Vəliyev Hürrəm Sultanla müqayisə edildi… Gəncənin icra başçısı haqqında – VİDEO

Elmar Vəliyev Hürrəm Sultanla müqayisə edildi… Gəncənin icra başçısı haqqında – VİDEO

Turkustan.info saytına Gəncə şəhər sakini İsgəndərova Pərvanə Cəfər qızının şikayəti daxil olub. Şikayətdə bildirilir ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin hərəkətləri nəticəsində şəhər sakini İsgəndərova Pərvanə ona məxsus Cavadxan küçəsi-34 ünvanında olan mülkiyyətindən məhrum edilib. Pərvanə xanımın həmin ünvandakı 2 dükanı dağıdılıb. Yerində isə E.Vəliyev 7 mərtəbəli biznes mərkəzi tikdirib.

Şikayətçi tərəf həmçinin hüquqlarını müdafiə edən tanınmış vəkil Qurban Məmmədovun məsələ ilə bağlı video müraciəti də bizə təqdim edib.

Video müraciətdə Gəncə şəhər icra hakimiyyətinin başçısı ilə bağlı çıxışında vəkil, Elmar Vəliyevin iş metodunu məşhur “Möhtəşəm Yeniyüzil” teleserialının qəhrəmanı Hürrəm Sultanla müqayisə edib.

Turkustan.info məsələ ilə bağlı sözügedən video-müraciəti təqdim etməklə yanaşı, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.

 

 

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın