Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Cəmiyyət / “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar”

“Elm və Təhsil Nazirliyi yanında İctimai Şura çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar”

“Hörmətli deputat, Azərbaycanda təhsil eksperti institutunu yaradan, formalaşdıran dəyərli Etibar müəllim Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən qeyri şəffaflığa görə istefa verdi. Bu bir daha sübut edir ki, nazirlik yanında İctima Şura təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər”.

Bunu ekspert Kamran Əsədov bildirib.

“Yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb. Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır”, – K.Əsədov qeyd edib.

Həmçinin oxuyun

Emin Əmrullayev onları direktor təyin etdi

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor …