Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / “Elm haqqında cahillər danışmamalıdır, Nizami babamızın ruhunu incitməyin…”

“Elm haqqında cahillər danışmamalıdır, Nizami babamızın ruhunu incitməyin…”

Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a açıqlamasında bir neçə gün öncə Təhsil Nazirliyinin adının dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılmasını şərh edib:

“AMEA məsələsi uzun illərdi ki, ciddi müzakirə mövzusudur. Son 30 ildə ölkəmiz bir ictimai-siyası quruluşdan digərinə keçdiyindən bütüun qurumlar könhə inzibatı idarəçilikdən yeni liberal – demokratik əsaslı quruluşa keçdilər. Misal üçün, Təhsil Nazirliyi keçə bildi: Boloniya prosesinə qoşuldu, kurikulum sistemi tətbiq etdi. Amma AMEA keçə bilmədi. Akademiya gözümüz önündə hər gün qocalırdı. Ancaq elm qocalmamalıdır, həmişə cavan qalmalıdır.

AMEA-da həm struktur, həm idarəetmə, həm də məzmun baxımından reformaya ciddi ehtiyac var. Sovet dövləti dağılandan sonra MDB məkanında bütün anoloji akademiyaların çoxunda Elm və Təhsil bir birinə inteqrasiya edilib. Yaxşı ki, bizdə də bu baş verdi.

Akademiyanın şərəfli keçmişi var. İki misal çəçəcəm.

20 yanvar qırğının səhərisi günu ölkənin bütün ziyalıları bir birindən xəbərsiz hamı bir yerə toplandılar. O müqəddəs yer, AMEA binası oldu. Universitetlər, din ocaqları müqədəsliklərini qoruya bilməmişdi. Ancaq AMEA qoruya bilmişdi. İkinci misalım alim əməyi ilə bağlıdır.

Əgər siz sosioloji tədqiqat aparıb, soruşsanız ki, aldığınız əməkhaqqında alim əməyi neçə faizlə oturur? Ən yaxşı halda az faizlə oturur cavabını alarsınız. Alim əməyini görmək asan deyil. Ancaq mən hesab edirəm ki, aldığımız maaşın, təqaüdün 70-80 faizi alim əməyinin hesabınadır. Əgər keçən əsrin ortalarında, neftçi alimlərimiz dənizdə neft tapmasaydılar, Neft Daşlarını qurmasaydılar, 1994-cü ildə kontraktlar bağlanmasaydı, biz üzüm-pambıq satıb dolana bilməzdik, tarixi zəfər çala bilməzdik. Elm haqqında cahillər danışmamalıdır, alim haqda kamillər danışmalıdır. Elmi hörmətdən salmaq milli mənafeyə ziddir. Nizami babamızın ruhunu incitməyin. 

AMEA-nın bugünkü fəaliyyəti yeni dövrün tələblərinə və çağırışlarına cavab vermirdi. Bu, Sovetdən qalan, vaxtında öz məqsədinə yaxşı qulluq etmiş bir elmi qurum idi. İndi başqa zamandır. Azərbaycan elminin strukturu, forması, fəlsəfəsi, siyasəti, məzmunu yeni quruluşun tələbinə, fəlsəfəsinə, ruhuna uygun formalaşmalıdır. Qocalan elm sahəsini yeni elm sahələri əvəz etməlidir. Yeni elm sahəsinin parlaq nümayəndələri elmin başına gətirilərsə, elm qocalmaz. 

AMEA niyə müqəddəsliyini qoruya bilmədi? Bunun gördüyüm iki səbəbi var. Birincisi, akademiya özünə üzvləri düz seçə bilmədi. Pareto prinsipi adlanan prinsipdə deyilir ki, hər 100 alimin 80 –ı kvazi alimdir, 20-si isə həqiqi alimdir. Akademiya seçkilərində demək olar ki, yeni üzvlər kvazi alimlər oldular.

İkinci qüsur tədqiqat mövzularının aktuallığı ilə bağlıdır. Hesab edirəm ki, Sovet dövründə fizikanın qarşısında duran problemlər bu gün fizika qarşısında duran problemlərlə eyni  olmamalıdır. Məsələnin incə yeri də buradadır. Sovet dövründə biz imperiyanın bir parçası idik. İndi isə müstəqil dövlətik. O zaman elmin qarşısında duran istənilən problemlərin həlli imperiyanın məqsədlərinə qulluq edirdi və qlobal olaraq aktual idi. Bu gün biz müstəqil dövlətik, əsasən elmin qarşısında duran problemlərin həlli dövlətimizə qulluq etməlidir və əsasən lokal olaraq aktual olmalıdır. AMEA bunu da bacarmadı.

Postsovet məkanında Elmlər Akademiyaları universitetlərlə inteqrasiya olur, başqa sözlə, Təhsil Nazirliyi ilə Elmlər Akademiyası bir çox sahələrdə birləşdirilir və Elm və Təhsil Nazirliyi yaradılır. Bu yaxşıdır. Praktikada təsdiqini tapmış strukturadır. Ancaq diqqətli oxucular bilir ki, mən Türkiyə modelinə üstünlük verirdim. Bu modeldə Elm, Texnologiya və Sənaye bir qurumda birləşir. İstənilən halda yeni yaranmış Elm və Təhsil Nazirliyinə uğurlar diləyirəm.”

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …