Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / Elif Şafakın kitablarının satışı və tərcüməsi dayandırılıb

Elif Şafakın kitablarının satışı və tərcüməsi dayandırılıb

Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi “Twitter”dəki 1.6 milyonluq hesabından Ermənistana dəstək məqsədli paylaşım edib. 

Sputnik Azərbaycan xəbər verir ki, o, hesabında Şuşa şəhərində “dağıdılan” kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım… Dağıntılar arasında sənət, təşəkkürlər” yazıb.

Yazıçı həmçinin HDP-nin erməni əsilli deputatı Qaro Paylana təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə sosial şəbəkə istifadəçiləri tərəfindən bu paylaşım etirazla qarşılanıb. Bundan başqa, yazıçının “sülh paylaşımı”na cavab olaraq, “BookZone”, “Kitabevim.az”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb.

Həmçinin oxuyun

Bəhram Bağırzadə Bakının qədim kəndi haqda: “Özümü Avropa şəhərində hiss etdim” – Fotolar

Əməkdar artisti Bəhram Bağırzadə Bakının qədim kəndlərindən biri olan Bibiheybətdə olub. Əməkdar artist kənddə gördüyü …