Cümə axşamı , May 23 2024
Ana səhifə / Cəmiyyət / Elektrik, qaz və suya qanunsuz qoşulmaya dair cinayət məsuliyyəti müəyyənləşir

Elektrik, qaz və suya qanunsuz qoşulmaya dair cinayət məsuliyyəti müəyyənləşir

Elektrik, qaz və suya qanunsuz qoşulmaya dair cinayət məsuliyyəti müəyyənləşir.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla qazpaylayıcı şəbəkəyə) qoşulması qadağan edilir.

Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur. APA

Həmçinin oxuyun

Tır sürücüləri: “Biz uçurumdan düşmüşük, hələ xəbərimiz yoxdur”

Tır sürücüləri bir araya toplanaraq haqsızlığa qarşı etiraz ediblər. Beynəlxalq yük daşıma ilə məşğul olan …