Şənbə , Avqust 24 2019
Ana səhifə / Cəmiyyət / Eldar Sabiroğluna açıq – MƏKTUB

Eldar Sabiroğluna açıq – MƏKTUB

Cənab Sabiroğlu, siz mənim üçün indiyə qədər nə maraqlı şəxs olmusunuz, nə də maraq dairəmə aid insan. Heç vaxt da sizin fəaliyyətinizlə də maraqlanmamışam. Sadəcə, yaddaşımda Elçibəy kimi dühanın üzünə ağ olan miskin birisi kimi qalmısınız.

Sizə müraciət etməyimin səbəbi isə başqadır. Artıq hər kəs gördü ki, oğlunuzu uzun illər maddiyyat naminə yaşadığınız xallı həyatınıza və keçmişinizə uyğunlaşdırmaq istəyiniz iflasa uğradı. İndi öz məzlum obrazınızı yaradıb, oğlunuzdan keçmişinizi yumaq üçün istifadə etməyiniz mənəvi dəyərlər sisteminin prinsiplərinə uyğun gəlmir. Bu, sizə nəinki başucalığı gətirmir, əksinə, sizi daha da hörmətdən salır. Ona görə də əl çəkin Rüfətdən.

Yaşadığınız və onu da sürükləyib salmaq istədiyiniz “siyasi yaradıcılığınız”dan yaxa qutarmaq üçün bilərəkdən seçdiyi həbsxana həyatına da az müdaxilə edin. Əslində, siz onun da maddiyyat naminə rejimə xidmət etməsi üçün çox çalışdınız, amma alınmadı. Çünki onun daxili vicdanı və içindən gələn azadlıq eşqi buna imkan vermədi ki, atası kimi rejimin xidmətçisi olsun.

Rüfəti şəxsən tanımıram, amma onunla bağlı yaranan qənaətim yəqin ki, dostlarını yanıltmaz. O, məqsədli və iradəli insan olduğu üçün artıq bütün bəşəri dəyərlər uğrunda mübarizə aparan insanların rəğbətini qazanıb.

Eldar Sabiroğlu, unutmayın ki, bəşəri dəyərlər uğrunda mübarizə aparan insanlar isə sizin düşündüyünüz qədər də hansısa maddiyyət və yaxud da təşəkkürnamə üçün boyun əyən insanlar deyillər.

Sizin belə canfəşanlığınız kənardan hansısa proqramın həyata keçirilməsi kimi görünür. İndi sizin edə biləcəyiniz bir şey var ki, o da yalnız siyasətdən kənar Rufət və onun balalarının qayğısına qalmaq.

Fikrət Cəfərli,
keçmiş siyasi məhbus

Həmçinin oxuyun

Mədət Quliyevdən yeni təyinat

Azərbaycanın müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyevin yeni müşaviri təyin olunub. Demokrat.az xəbər verir ki, …

Bir cavab yazın