Ana səhifə / Cəmiyyət / Eldar Sabiroğlu yenə kükrədi

Eldar Sabiroğlu yenə kükrədi

“Gənclik Abid Şərifova baxıb nə öyrənə bilər?”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, polovnik Eldar Sabiroğlu Moderator.az-a açıqlamasında bir sıra məqamlara toxunub:  “Ağır faciə kontekstində istənilən adam danışarkən gərək ölçü-biçini diqqətindən qaçırmasın. Sözün doğrusu, baş nazirin müavini, yanğınla bağlı yaradılmış dövlət komissiyasının sədri Abid Şərifovun efirdə gülərək bu məsələlərə münasibət bildirməsi məni çox üzdü. Bu cür həssas məsələdə son dərəcədə diqqətlə hərəkət etmk gərəkdir. İnsanların heysiyyatı, ruhu ilə oynamaq olmaz. Ümumiyyətlə, mən Abid müəllimi çox izləmişəm, efirdə, yaxud jurnalistlər qarşısında o özünü çox qəribə aparır. Mən kobud demək istəməzdim. Axı ağsaqqal adamdır, böyük idarəçilik təcrübəsi var, gərək belə hərəkətlərə yol verməsin. Gənclik ona baxıb nə öyrənə bilər? Ölkə rəhbəri ona etibar etib dövlət komissiyasının sədrliyini tapşırıb. Verdiyi o cür msahibələrdən sonra inamı, etibarı o dərəcədə itirib ki, artıq başqa söhbətlər gəzir. Məni düzgün başa düşün, danışmaq istəmirəm bu barədə. Çünki bir söz deyən kimi başlayırlar mız qoymağa. Hadisə ilə bağlı ictimai fikirdə özünə yer alan məqamlar barədə prezidentə səhih məlumatlar verilməlidir. Bəlkə mənim fikirlərim bəzilərinə xoş gəlməyəcək, ancaq doğru məlumatlar əldə edildiyi halda problemin aradan qaldırılmasına, ictimai fikrin düzgün istiqamətə yönəldilməsinə şərait yarana bilər. Başqalarının gördüyü naqis işlər prezidentin ayağına yazılır, mən bunu cəsarətlə qeyd edirəm. Düz sözü deyən vətən xaini, xəyanətkar adlandırılır. Heç şübhəsiz ki, elə o cür də rəhbərliyə çatdırılır. Çünki ətrafda olanların əksəriyyəti öz şəxsi maraqlarını hər zaman dövlət mənafeyindən üstün tutublar. Bu cür adamlara qarşı olanları da qılınclamaq üçün ölkə rəhbərliyinə yalan informasiyalar verirlər. Zaman dəyişib və sevindirici haldır ki, cənab prezident də zamana uyğun siyasi fəaliyyət göstərir. Amma ona maneçilik törədənlər adi insanlar deyil, yüksək çinli dövlət məmurlarıdır. Onların çoxu keçmişdəki qolçomaqlardan da betərdirlər. Nə yaxşı ki, cənab prezident bizləri bu cür insanların qəzəbindən qoruyur, yoxsa inanın ki, bunlar məmləkət insanını gözlərini qırpmadan kələ qoşulmuş kotan kimi şəhərin küçələrində sürüyərlər.
Haqlı sual yaranır, prezidentə pislik edən, onun Azərbaycanın inkişafı naminə yürütdüyü siyasətə xələl gətirənlər sizcə adi insanlardır, yoxsa həmin o rüşvətxorlar, korrupsionerlər, banklardan milyardlarla vəsaiti oğurlamaqla özlərinə gün – güzəran düzəldən “sahibkar”lardır? Nə deyim vallah. Çox uzunçuluq etmək istəmirəm, hər şey gün kimi aydındır. Ona görə də baş nazirin müavini Abid Şərifovun buraxdığı səhv üzərində bir daha düşünməsi gərəkdir”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın