Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / ELDAR SABİROĞLU CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNA BİLƏR

ELDAR SABİROĞLU CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNA BİLƏR

Müdafiə Nazirliyinin sabiq əməkdaşı Eldar Sabiroğlunun Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovu hədəfə alması ona baha başa gələ bilər.

Qeyd edək ki, həmin açıqlamaya bəzi tanınmış jurnalistlər və siyasi xadimlər də öz münasibətini bildirib və birmənalı olaraq Eldar Sabiroğlu məsuliyyətsiz açıqlamasına görə kəskin qınanılıb.

YAP funksioneri Siyavuş Novruzovun açıqlaması isə özünü çox gözlətməyib və sərt ritorikası  ilə  fərqlənib. Bəzi ekspertlər hesab edir ki, Siyavuş Novruzovun Eldar Sabiroğlu barəsində səsləndirdiyi fikirlərdə olduqca ciddi məqamlar var.

Siyavuş Novruzovun açıqlamasındakı bir məqama diqqət edək :

“Uzun müddət tüfeyli həyat sürən, özünə ünvan tapa bilməyən Eldar nəhayət, 7 ildən sonra hansısa yollarla Müdafiə Nazirliyinə gəlib çıxıb. Əslində, Eldar Sabiroğlunun mahiyyətini göz önünə aldıqda, onun Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür (Yeri gəlmişkən, Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri bu məsələ ilə məşğul olsa, yaxşı olar). Çünki onun işi, xisləti məhz xəyanətdən və satqınlıqdan ibarətdir”.

Tanınmış hüquqşunas Mehman Muradlı Azinforum.az-a açıqlamasında bildirdi  ki, Siyavuş Novruzovun Eldar Sabiroğlunun Müdafiə Nazirliyindəki fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərdə çox ciddi ittiham var:

” Qanunvericiliyə görə də, KİV-lərdə dərc edilən materiallar cinayət təqibinin başlanması üçün tam əsas ola bilər.  Yəqin ki, əlaqədar qurumlar bu istiqamətdə araşdırma aparacaqlar”.

Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli isə Azinforum.az-a bildirdi ki, Eldar Sabiroğlunun məsuliyyətə cəlb olunması üçün kifayət qədər ciddi əsaslar var:

“Siyavuş Novruzov hakim partiyanın ən aparıcı funksionerlərindən biridir.  O nə danışdığının fərqindədir.  Onun açıqlamasında olduqca ciddi ittihamlar var və hesab edirəm ki, hüquq-mühafizə orqanları həmin istiqamətdə araşdırmalara başlamalıdır. Fikir versəniz görərsiniz ki, Siyavuş Novruzovun özü də Müdafiə Nazirliyinə bu məsələni araşdırmağı məsləhət görürür”.

Eldar DƏRƏLƏYƏZLİ

 

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın