Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Eldar Quliyev: “Qadın ölümləri siyasi ola bilərmi, məgər xaricdə qadın ölümü baş vermir?”

Eldar Quliyev: “Qadın ölümləri siyasi ola bilərmi, məgər xaricdə qadın ölümü baş vermir?”

“Qadın ölümləri siyasi ola bilərmi?! Qadın anadır, müqəddəsdir. Buna siyasi don geyindirmək nəyə lazımdır?! Məgər xaricdə qadın ölümü baş vermir?! Siyasiləşdirmək lazım deyil, ortaya düzgün yanaşma qoyulmalıdır. Psixi pozuntulu insanlar var, məişət zorakılığı baş verir, sevgililər arasında qısqanclıq yaranır və s. Yəni, haqsız olsa da, səbəblər çoxdur. Belə çıxır ki, boşanmalar da siyasidir. Bizim cəmiyyətdə boşanmalar, adətən, qəbul edilmir. Elə mən özüm də düşünürəm ki, əgər ailə qurulubsa, təməli möhkəm olmalıdır. Həmin ailədə övladlar yetişir, boşanma çıxış yolu deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev deyib.

Deputat bildirib ki, hər şeyi siyasiləşdirib, əldə bayraq etmək olmaz.

“Qadın ölümlərinin qarşısını almaq üçün cəmiyyətin ayrı-ayrı üzvləri, müxtəlif dövlət qurumları, qeyri hökumət təşkilatları da səy göstərməlidirlər. Qadının cəmiyyətdə rolu, sağlam gender münasibətləri təbliğ edilməlidir. Milli Məclisdə 30 nəfərdən çox xanım deputat, bundan başqa, icra nümayəndələri, nazir müavini olan qadınlar var. Sual yaranır ki, niyə kişilər çoxluq təşkil edir? Çünki qadın həm də anadır. Ailədə əsas ağırlıq, uşaqların tərbiyəsi, qonaqların qarşılanması, evin təmizliyi – demək olar ki, çox şey elə qadının məsuliyyətindədir. Yəni, o demək deyil ki, hansısa qurumda 5 nəfər kişi varsa, mütləq 5 nəfər də qadın çalışmalıdır. Belə yanaşmaq olmaz, qadının ən böyük işi ailənin qayğısına qalmaqdır. Xuliqan kişilər var, qan görəndə sevinirlər. İllərlə həbsxanada olub çıxır, sonra yoldaşını ya hansısa xanımı qətlə yetirir. Bu da siyasidir?! Yəni, məişət zorakılığı zəmininində öldürülən qadınlar çoxdur. Bütün günü televiziyalarda, “YouTube”da, digər sosial şəbəkələrdə onun-bunun öldürülməsinə dair xəbərlər paylaşırlar. Bu, yanlış təbliğat üsuludur. Şoudan tərbiyələndirməyə keçməyin vaxtı gəlib”.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …