Çərşənbə , İyul 17 2019
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudovun həbs xəbərinə – Reaksiya

Eldar Mahmudovun həbs xəbərinə – Reaksiya

Dünən Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən general-polkovnik Eldar Mahmudovun bu gecə həbs olunması ilə bağlı xəbər yayılıb.

“ Azinforum.az ” xəbər verir ki, məlumatı haqqın.az saytı yayıb. Xəbərdə qeyd olunur ki, MTN şefi vəzifə səlahiyyətlərini aşaraq ali rəhbərliyə daxil olan şəxslərin telefon danışıqlarının dinlənilməsini həyata keçirib. Və bu aşkarlandığına görə də həbs olunub.

İnformasiyada həmçinin bildirilir ki, Eldar Mahmudovla bərabər MTN-in digər bir qrup generalı da tutulub.

“Azinforum.az ” son dərəcə ciddi sensasiyalı sayıla biləcək bu xəbəri dəqiqləşdirmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb. Bu qurumlardan redaksiyaya bildirilib ki, vəzifəsindən azad olunan nazir Eldar Mahmudovun və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur.

Bunu sadəcə olaraq kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır.

Qeyd edək ki, Eldar Mahmudovun yerinə hələ ki, təyinat olmayıb və bununla bağlı prezident sərəncamı dərc olunmayıb.

Həmçinin oxuyun

Mühacirətdə 5 kitab, 85 məqalə yazan siyasətçi – Foto

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Miryaqub Mirəbdüləziz oğlu Mirmehdizadə 1892-ci ildə Bakının Xırdalan qəsəbəsində doğulub. Moskva …

Bir cavab yazın