Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / ” Eldar Mahmudov barədə formalaşan mənfi imic hüquqi baxış demək deyil”

” Eldar Mahmudov barədə formalaşan mənfi imic hüquqi baxış demək deyil”

Qalmaqallı şəkildə vəzifəsindən azad olunan keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun yeni vəzifəyə təyin olunması ictimaiyyət tərəfindəın birmənalı qarşılanmadı.

Missiya.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müşavir vəzifəsinə təyin olunan keçmiş nazir 12 noyabr 2015-də vəzifəsindən azad olunarkən onun hətta həbs olunacağına dair iddialar da ortaya çıxmışdı. Mətbuatda az qala hər gün Əli Abbasovun dəmir barmaqlıqlar arasına salınacağına dair çeşidli informasiyalara rast gəlinirdi. Lakin bütün bunların əksinə olaraq sabiq nazir Azərbaycan elminə rəhbərlik edənlərin sırasında dayandı.

Ə.Abbasovun sözügedən təyinatı ortaya daha bir maraqlı sual çıxarıb: Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da hansısa vəzifəyə təyin oluna bilərmi? Hər halda sabiq nazirin azadlıqla olması və barəsində hər hansı cinayət işinin açılmaması çoxlarında belə bir təsəvvür yaradıb ki, o, yenidən hansısa görəvə gətirilə bilər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_19may2017_1447327968564478e04ae2d.jpg
Əli Abbasov – sabiq Rabitə naziri

Ə.Abbasovun vəzifə təyinatı alması isə bu ehtimalları bir qədər də gücləndirib. Millət vəkili Fazil Mustafa Missiya.Az açıqlamasında deyib ki, hər hansı bir şəxs barəsində hüquqi baxımdan qüvvəyə minmiş qanuni məhkəmə hökmü yoxdursa, o, istənilən vəzifəyə təyin edilə bilər: “Eldar Mahmudov və Əli Abbasov barədə qanuni qüvvəyə minmiş bir höküm yoxdur. Ona görə də vəzifəyə təyinatı ilə bağlı hüquqi baxımdan hər hansı zidd addım atılmır. Şəxs məhkəmə hökümü ilə hər hansı maddələrlə ittiham olunarsa, o zaman onun vəzifəyə təyin edilməsi hüquqa ziddir” .

b_550_325_16777215_00_images_xeber_sekilleri_19may2017_fazil_mustafa.jpg
Fazil Mustafa – millət vəkili 

Millət vəkilinin sözlərinə görə, cəmiyyətdə Eldar Mahmudov barədə formalaşan mənfi imic hüquqi baxış demək deyil: “Düşüncə hüquq demək deyil. Hətta adam öldürmüş bir şəxsi məhkəmə hökümü çıxarılmadan cinayətkar adlandırmaq olmur. Əməldə hər hansı problem ola bilər, amma hüquqi qərar yoxdursa, onun barəsində hər hansı məhdudlaşdırıcı addımların atılması qanuna uyğun deyil”.

Təhlükəsizlik Məsələləri üzrə ekspert İlham İsmayıl da Missiya.Az-a açıqlamasında Eldar Mahmudovun vəzifə təyinatı ala biləcəyini istisna etmədiyini deyib: “Düzdür, Eldar Mahmudovun vəzifəyə təyin edilməsi az inandırıcıdır. Amma olsa, nə olacaq ki? Bizi onun azadlıqda qalması nə qədər təəccübləndirirsə, onun vəzifəyə təyin edilməsi də bir o qədər təəccübləndirəcək”.

Qeyd edək ki, E.Mahmudov 2015-ci ilin noyabr ayında vəzifəsindən azad olunub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_19may2017_143695_442628.jpg
İlham İsmayıl – Təhlükəsizlik Məsələləri üzrə ekspert

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın