Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Eldar İbrahimov: “Hamı bilir ki, o villalar kimindir…”

Eldar İbrahimov: “Hamı bilir ki, o villalar kimindir…”

Xəbər verdiyimiz kimi, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında torpaqların qanunsz istifadə edilməsinə və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar qanun layihələrinin müzakirəsi aparılıb.

“Qafqazinfo” xəbər verir ki, komitə sədri Eldar İbrahimov çıxışında qeyd edib ki dövründə torpaqların zəbt olunmasına görə, ən azı 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulurdu: “Sonralar bu məsələlər bir qədər yumşadıldı və bununla da qanunsuzluqlar, hərc-mərcliklər başlandı, cəzasızlıq mühiti yarandı, kim ürəyi nə istədi, onu da etdi. Ona görə də indi qanunvericilikdə belə bir sərtləşdirilmənin nəzərdə tutulması çox vacibdir.

Məsələn, Cinayət Məcəlləsinin 314-2-ci maddəsinə təkilif olunan dəyişiklikdə qeyd olunur ki, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqda qərar qəbul etmə 3 ildək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.

E. İbrahimov hesab edir ki, qanunsuzluğa yol vermiş vəzifəli şəxslər daha çox müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdırlar: “Axı, hamı bilir ki, vəzifəli şəxslərin icazəsi olmadan bu işlər görülə bilməz. Ona görə də onlarla bağlı qanunvericilikdə sərtləşdirilmənin tutulması çox vacib addımdır. Elə bir neçə gün öncə Binəqədi rayonunda baş vermiş dəhşətli yanğınla, faciə ilə bağlı çıxışında da dövlət başçısı bu məsələlərə, torpaqların zəbt olunmasına toxundu, çox yaxşı qeyd etdi ki, bu cür qanunsuzluğa yol vermiş adamlar, vəzifəli şəxslər cəzalandırılmalıdır. O, çıxışında hətta, “Dostluq” Parkı deyilən ərazidə qanunsuz şəkildə vilların tikilməsinə toxunaraq dedi ki, oradakı ərazini zəbt edən və qanunsuz villa tikənlərin kimliyi də bilinmir və bunlar aradan qaldırılmalıdır.

Mən də cənab prezidentin dediklərinin tərəfdarıyam. Vəzifəli şəxsin icazəsi olmadan kim gedib torpaq zəbt edə, orada, ev, villa tikə bilər? Ancaq cənab prezidentin də dediyi kimi, kimdən soruşursan, deyir mənimki deyil, mənim xəbərim yoxdur…Axı, necə xəbərin yoxdur, necə xəbərin olmaya bilər? Axı, əslində hamı bilir ki, o villalar, o qanunsuz, hasarlanmış torpaqlar kimindir. Həmin villalar göydən gəlib yerə düşməyiblər ki? Həmin villaların kimlərə məxs olduğunu onların sahibləri də, elə o ətrafda yaşayan sadə insanlar da bilirlər. Amma onlar, qanunsuzluğa yol verənlər özlərini bilməməzliyə, görməməzliyə vururlar ki, bunların da qarşısı alınmalıdır”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın