Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Cəmiyyət / Eldar Əzizovun Sumqayıtdakı daha bir neçə kadrı “vurulur”

Eldar Əzizovun Sumqayıtdakı daha bir neçə kadrı “vurulur”

Ölkənin müxtəlif şəhər və rayonlarına yeni icra başçıları təyin edilərkən ilk növbədə oradakı köhnə komandadan kimlərin çıxdaş olunacağı, kimlərin gətiriləcəyi maraq doğurur. Adətən, icra başçılarının bir şəhərdən digərinə yeri dəyişdiriləndə əvvəlki yerdə birgə işlədiyi məmurların  bir neçəsini də öz yanına aparır.

Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəfinsən azad edilərək Səbail rayonuna başçı gətirilib. Sumqayıta isə Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcov göndərilib. Hər iki başçı yeni yerlərində fəaliyyətə başlayan kimi müşavirə keçirib və müxtəlif idarələrin rəhbərlərinə işlərindəki nöqsanlar və çatışmazlıqlarla bağlı xəbardarlıq ediblər. Zakir Fərəcov hətta Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vidadi Ələkbərovu vəzifəsindən uzaqlaşdırıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, Sumqayıtda Eldar Əzizovun kadrları hesab edilən daha bir neçə vəzifəli şəxsin də bu aqibətlə üzləşəcəyi istisna edilmir.

Daxil olan digər məlumata görə, Bakının əsas rayonlarından birinə icra başçısı gətirilən Eldar Əzizov öz fəlaiyyətini bununla məhdudlaşdırmayacaq. Eldar Əzizovun daha yüksək posta gedəcəyi vurğulanır. Onun bir müddət sonra Hacıbala Abutalıbovun yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi də gözlənilir.

Həmçinin oxuyun

Prezidentə yaxınlaşıb banka olan borcunun silinməsini xahiş etdi – Video

Bu gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini …

Bir cavab yazın