Cümə , Oktyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”

Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”

“Artıq neçə ildir ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. İşimdən də məmnunam. Bu müddət ərzində hələ ki, heç bir problemlə rastlaşmamışam. Ümid edirəm ki, belə də davam edər”.

Bu fikirləri Modern.az-a  mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev  işdən ayrılması barədə gəzən söhbətlərə aydınlıq gətirərkən deyib.

Ərturqut Əliyev şəxsi həyatı haqqında geniş danışmaq istəmədiyini də bildirib:

“Hələ ki, ailə qurmaq, toy etmək barədə düşünmürəm. Belə bir şey olarsa, hamı kimi sizin də xəbəriniz olacaq. Ona görə də şəxsi məsələlər barədə geniş danışmaq fikrim yoxdur”.

Həmçinin oxuyun

Abel Məhərrəmovun vəfat edən kürəkəninin yerinə təyinat olub

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə …