Şənbə , İyul 31 2021
Ana səhifə / Cəmiyyət / “Elə imkanlı şəxslər, nazirlər var ki…” – İbadətlə məşğul olan sabiq nazir

“Elə imkanlı şəxslər, nazirlər var ki…” – İbadətlə məşğul olan sabiq nazir

Baş nazirin sabiq müavini İsmət Abbasov ibadətlə məşğul olur.

Bu barədə İ.Abbasovun özü Unikal.org-a məlumat verib. O, qeyd edib ki, koronavirus pandemiyası Allahın insanlara imtahanıdır:

“Namaz qılıram, ibadət edirəm.Özüm həmçinin Həcc ziyarətində də olmuşam. Allaha inanmaq lazımdır. Görürsünüz bu gün dünyanı koronavirus bürüyüb. O qədər əyri-əskik işlər oldu ki, bunlar onun nəticəsidir. Bu gün varlı da, kasıb da evə sığınıb.Varlıların pulu da onların köməyinə çatmır. Elə imkanlı şəxslər, nazirlər var ki, imkanları olduğu halda xaricə gedib, özlərini müalicə etdirə bilmirlər”.

Qeyd edək ki, İsmət Abbasov 2004-2013-cü illərdə Kənd Təsərrüfatı naziri, 2013-cü ildən 2018-ci ilə qədər isə Baş Nazirin müavini vəzifəsində işləyib.

Həmçinin oxuyun

Prezident Flora Kərimova ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama …