Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Cəmiyyət / “Elə bilirlər ki, pir edib” – İmtahan öncəsi pirlərə axın çoxalıb – VİDEO

“Elə bilirlər ki, pir edib” – İmtahan öncəsi pirlərə axın çoxalıb – VİDEO

ARB TV-nin “Günə doğru” verilişində imtahan öncəsi pirlərə gedən abituriyentlər barədə sujet yayımlanıb.

İnamsızlıq yoxsa inam? İmtahan ərəfəsində istər abituriyentlər, istərsə də tələbələr uğurlu nəticə əldə etmək üçün bu üsuladan istifadə edir. Ancaq dədə-babalarımızdan bizə bir növ bir adət kimi qalana bu üsulu ilahiyyatçılar heç də uğurlu bir seçim hesab etmir. 21-ci əsrdə yaşamağımıza baxmayaraq görünür bəzi adətlərin dəyişməsinə ehtiyac var.

Hacı Surxay – İlahiyyatçı: “Bir insan oxumazsa, istənilən müqəddəs ocağa getsə də, xeyri olmayacaq”.

Dini ritual edərək imtahanda uğur qazanmaq məsələsinə hər kəs fərqli yanaşır. Şəhərdə apardığımız sorğu zamanı bəlli oldu ki, bu məsələdə insanlar iki qurupa bölünür.

Sakin: “Oxuyur, sonra gedir pirə, keçir. Elə bilir ki, pir edib”.

Sakin: “Bəzi insanlar inanırsa, daxili rahatlıq tapırsa, pis bir şey yoxdur”.

Bəzən pirlərə getmək şüuraltı problemindən də qaynaqlana bilir. Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, burda əsas məqsəd aqresiyyanın qarşısını almaq və insanları qarşı qarşıya qoymamaqdır:

“Birinin inancı başqa birinin şəxsiyyətinə toxunmursa, onun hər hansı bir məqsədinə çatmasına ritual etməsi özünə aid olduğunu düşünürəm”.

Sadalananlardan belə bir nəticə çıxır ki, məqsədə doğru gedən yolda insanın hər hansı bir hərəkəti ona kömək olursa, buna görə onu qınamaq olmaz. Din isə mənəvi bir keyfiyyətdir. Bu dəyəri insanların xarakteri özünəməxsus bir şəklə salır. Bu xarakterlərin arasında pis ünsürlü xarakter varsa, bu zaman din əsl dinlikdən çıxır.

Həmçinin oxuyun

“Azərsun” rəhbəri İraqda bina tikir – Foto

İraq Mərkəzi Bankının yeni binasının tikintisini “Azərsun holdinq”in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction …