Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / “Elə bil tutub, iki ay iş veriblər…“ – Rasim Balayev

“Elə bil tutub, iki ay iş veriblər…“ – Rasim Balayev

“Bu, elə bir virusdur ki, dərmanı tapılmalıdır. Tapılmayana qədər evdə qalmağa məcburuq”.

Xalq artisti, tanınmış aktyor Rasim Balayev karantin günlərində vaxtını necə keçirdiyindən danışıb.

Aktyor, darıxdığını, amma başqa çıxış yolu olmadığını bildirib:

“Darıxsam nə olacaq ki? Elə bil tutub, iş veriblər iki ay, onda türmədə ölürlər? Başqa əlac var bəyəm? Biz də oturub azadlığı gözləyirik. Sağlam qalmaq üçün evdə qalmalıyıq. Başımı telefonla, həyətdə gəzməklə qatıram. Televizorda da yerli kanallarda ancaq xəbərləri izləyirəm, başqa verilişlərə baxmıram. Nə verirlər ki, nəyə də baxım. Dünya səviyyəli sənətkarları izləyirəm, onlara baxıram”.

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …