Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Cəmiyyət / “Elə bil Samir Şərifovun şəxsi puludur” – Xalq artisti

“Elə bil Samir Şərifovun şəxsi puludur” – Xalq artisti

Akademik Milli Dram Teatrının aktyorlarının maaşlarının verilmədiyi iddia olunur.
Bu barədə teatrın aktyoru, Xalq artisti Ramiz Məlik sosial şəbəkə hesabında məlumat yayıb.
Xalq artisti teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını bildirib:
“Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur. Bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir”.
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxlanılıb. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı qaynarinfo.az-a bildirib ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.

Həmçinin oxuyun

Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş – VİDEO

Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb. Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı …