Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / Ekspert: ““Prius”larla bağlı böyük problemlər var”

Ekspert: ““Prius”larla bağlı böyük problemlər var”

Azərbaycanda “Toyota Prius” avtomobillərinin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. “Prius”lar yanacağa qənaət etdiyi üçün sürücülərə sərfəli gəlir. Lakin bu avtomobillər artdıqca paytaxt ərazisində qəzaların sayı da günbəgün artır. Ekspertlərin rəyinə görə, təxminən, 10-15 il əvvəl istehsal olunmuş və işlənmiş “Prius” versiyaları ABŞ-dan Gürcüstan vasitəsilə Azərbaycana gətirilir. Bu avtomobillərin bir qismi yararsız, ömrünü başa vurmuş olur.

Nəqliyyat üzrə ekspert Aqil Rəhimov isə Pravda.az-a açıqlamasında deyib ki, “Prius”larla bağlı böyük problemlər var.

Onun sözlərinə görə, taksi xidmətlərində əsasən “Prius” maşınlarından istifadə olunur: “Bunların arasında şəxsi, şirkət maşınları da var. Şirkətlər sürücülərin iş rejiminə ciddi nəzarət etməlidirlər. Gizlin deyil ki, əksər taksi sürücüləri 16-18 saat işləyirlər. Hadisələr olur ki, 24 saat sükan arxasında olan “Prius” taksi sürücüsü qəzaya düşür. Şirkətlər təkcə qazanc barədə fikirləşməməlidirlər. Eyni zamanda sürücülərin iş rejiminə fikir verməlidirlər. Bundan başqa, taksi şirkətlərinin sürücüləri tibbi müayinədən mütləq keçməlidirlər. Bəzən taksi sürücüləri arasında narkotik maddə istifadə edənlər, içkili vəziyyətdə olanlar da olur. Buna ciddi nəzarət olmalıdır. Rəqabət öz yerində. Lakin burada söhbət insan həyatından gedir. Təkcə “Prius sürüclərinin yox, onların daşıdıqları insanların həyatı ilə də oynamaq, risk etmək olmaz”, – ekspert deyib.

Həmçinin oxuyun

Əfv Komissiyasına müraciət edildi, zərərçəkənlər ayağa qalxdı

Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adının keçdiyi dələduzluq olayının …