Şənbə , Avqust 20 2022
Ana səhifə / Cəmiyyət / Ekspert: “Polis oturduğu yerdə pul qazana bilmir, “dvijeniye” etməlidir”

Ekspert: “Polis oturduğu yerdə pul qazana bilmir, “dvijeniye” etməlidir”

“1990-cı illərdən “Gömrük işi” abituriyentlərin ən çox arzuladığı peşələrdən biridir. Məhz buna görə də Gömrük Akademiyası yarandı. Ora daxil olanlar elə bilirdi ki, gömrük işçisi olacaqlar. Lakin gömrük orqanlarına qəbul meyarı heç vaxt savad və dürüstlük olmayıb. Heç diplom da olmayıb. “Gömrük işi”, sadəcə, ali məktəblərin əlavə dolanışıq mənbəyi olub. Gömrük peşəsinə yiyələnənlərin əksəriyyəti isə işsizdir. Gömrük işçisi olmaq polis olmaqdan da çox arzu ediləndir bizdə. Polis olmaq istəyənlər isə vergi işçisi olmaq istəyənlərdən də çoxdur. Buna görə də Gömrük Akademiyamız da, Polis Akademiyamız da var. Amma Vergi Akademiyamız yoxdur. Vəziyyət niyə belədir? Ona görə ki, əksəriyyət asan pul qazanmaq yeri axtarır. Gömrük işi texniki fəaliyyətdir, çətin bir şey yoxdur”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, gömrük işçisi olmaq üçün nə xüsusi bilik, nə də bacarıq lazımdır: “Mal aparan və mal gətirən tam sənin sərəncamındadır. Nə edəcək ki? Şikayət edəcək? Şikayətinə illərlə baxılacaq! Mal isə indi “rastamojka” olunmalıdır, korlana bilər, lazımsız ola bilər və s. Buna görə də hamı gömrük işçisi ilə razılığa gəlmək istəyir. Odur ki, sən heç nə etmirsən, özləri sənin haqqını verir, hələ təşəkkür də edirlər. Polisin işi daha çətindir. Amma məhkəmə-hüquq sisteminin bərbad vəziyyəti polisdən də şikayət etməyi əsasən perspektivsiz edir. Bununla belə, polis oturduğu yerdə pul qazana bilmir. “Dvijeniye” etməlidir. Az-maz biliyin omalıdır. Vergi sahəsi gömrük işindən də, polis fəaliyyətindən də çətindir. Mürəkkəb sahədir. Vergi ödəyicisi səni məhkəməyə də verə bilər, uda da bilər. Hər şey də elektronlaşıb. Gəl indi belə vəziyyətdə “çak-çuk” et də! Çox çətindir! Ona görə də vergi işçisi olmaq üçün savad və nisbətən dürüstlük tələb olunur. Odur ki, əksəriyyət üçün maraqlı deyil. Buna görə Vergi Akademiyası da yoxdur… Bu məsələni əvvəllər də bir neçə müsahibəmdə vurğulamışam. Odur ki, sırf son hadisələrlə bağlı deyil. Sadəcə demək istəyirəm ki, gömrük sahəsində kökündən dəyişklik edilməlidir. Yanaşma fərqli olmalıdır. Əlahiddə qurum kimi qalmasına da ehtiyac yoxdur…”.

Həmçinin oxuyun

“Kəmaləddin Heydərov orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm… Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. …