Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Cəmiyyət / Ekspert deputatlardan xahiş etdi: – “Rüsumları artırmayın!”

Ekspert deputatlardan xahiş etdi: – “Rüsumları artırmayın!”

“Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması nəzərdə tutulur. Lakin məsələyə belə yanaşılmasını düzgün saymıram”.

Azvision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
O, xatırladıb ki, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:

“Bunlar texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi, texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi, texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması və bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir. Düşünürəm ki, proqramda nəzərdə tutulan sadaladığım tədbirlər kompleks şəkildə icra edilməli, ölkəmizdə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmalıdır. Rüsumların az və ya çox olması məsələsinəyalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər”.

Ekspert Milli Məclisin deputatlarından xahiş edib ki, rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər.

Həmçinin oxuyun

44 günlük müharibədə xidmət edən hərbi həkim: “Yaralı əsgərlər döyüşə qayıtmaq üçün təkid edirdilər”

26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində Musavat.com-un əməkdaşı tibb xidməti polkovnik-leytenantı Ramin Əliyevlə söhbətləşib. Həmsöhbətimiz …