Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Əfv Komissiyasının iclasları başlayır – Sərəncam nə zaman imzalanacaq?

Əfv Komissiyasının iclasları başlayır – Sərəncam nə zaman imzalanacaq?

Aprelin 2-dən Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayacaq.

Bu barədə “AzPolitika”ya adıçəkilən komissiyanın üzvlərindən biri məlumat verib.

Qeyd olunur ki, gələn həftədən etibarən mütəmadi keçiriləcək iclaslarda məhkum olunmuş şəxslərin müraciətlərinin araşdırlmasına başlanacaq.

Mənbə bildirib ki, əfv ölkə prezidentinin müstəsna səlahiyyətindədir, 28 may Müstəqillik Günü ərəfəsində belə bir sərəncamın imzalanacağı gözləniləndir.

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il mayın 8-də Ümumilli lider Heyədr Əliyevin 100 illik yubileyi münasibəti ilə imzalanıb. Nəticədə yüzlərlə məhkum vaxtından əvvəl azadlığa çıxıb.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …