Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / DYP yeni təlimata əməl etmir –  Yevlax-Xocalı-Laçın yolunda gizli müşahidə

DYP yeni təlimata əməl etmir –  Yevlax-Xocalı-Laçın yolunda gizli müşahidə

 

Məlum olduğu kimi, Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat xidməti aparmaq qadağan edilib.  Bu, Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən və mayın 19-dan qüvvəyə minən yeni “Yol-patrul xidməti haqqında Təlimat”da əksini tapıb.

Yeni Təlimata əsasən isə, YPX inspektoru müəyyən olunmuş geyim formasında olmalı, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş nəqliyyat vasitəsində xidmət aparmalıdır. Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.

Qeyd edək ki, Yol-patrul xidməti Dövlət Yol Polisi qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir.

Ancaq Azinforum.az-a müraciət edən Laçın rayonundan olan məcburu köçkün Məmmədov Hacıağa Vəli oğlu bildirir ki,  ona qarşı tətbiq edilən MMX pratakolunda yol polisi köhnə təlimata əsasən gizli fəaliyyət göstərib: “Yevlax-Xocalı-Laçın yolunun, 11 km-də  qaydanı pozmağımla bağlı mənə 4863724 seriyalı MMX pratakolu tərtib edilib.  Həmin pratakolda iddia edilir ki, mən idarə etditim 41 BB 004 dövlət qeydiyyat nişanlı “Mercedes E 320″ markalı  avtomobillə kobud qayda pozuntusuna yol vermişəm. Bu istiqamətdə apardığım araşdırmadan sonra məlum oldu ki, yol polisləri mənim avtomobilimin fotosunu yük maşınının arxasında gizlənərək çəkiblər ki, bu da mövcud qanunvericiliyə ziddir. Mən DYP rəhbəri, hörmətli Ramiz Zeynalovdan xahiş edirəm ki, bu məsələnin obyektiv araşdırılmasını öz üzərinə götürsün. Çünki deyilən ərazidə DYP əməkdaşları bu gün də gizli fəzliyyət göstərir”.

Azinforum.az olaraq yazıda adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın