Ana səhifə / Cəmiyyət / DYP rəisinin qəza törətməsi ilə bağlı AÇIQLAMA

DYP rəisinin qəza törətməsi ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Unikal”a bildirib ki, Şəmkir DYP-nin rəisinin sərxoş olduğuna dair səsləndirilən fikirlər həqiqətə uyğun deyil:

“Bu, böhran xarakterli fikirlərdir. Hadisə aprel ayının 4-də baş verib. Qəza nəticəsində nə polis əməkdaşı, nə də digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət almayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçirilib. Müayinənin nəticəsi əsasında sürücülərin hər ikisinin sərxoş olmadığı məlum olub. Hadisə barədə müvafiq araşdırmalar davam edir. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …