Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / DYP qaydaları pozsa da, rəsmi cavabda pozmadığı deyildi (VİDEO)

DYP qaydaları pozsa da, rəsmi cavabda pozmadığı deyildi (VİDEO)

Daha əvvəl saytımızda 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobil idarə edən DYP əməkdaşının 13.04.2019 tarixində Babək prospektində 90 saniyə ərzində 3 dəfə kobud qayda pozduğu haqqında məqalə dərc olunmuşdu və sübut kimi videogörüntünü də əlavə olunmuşdu. 
Vətəndaşlardan biri həmin görüntü əsasında DYP rəhbərliyinə müraciət edib əməkdaş haqqında qanunamüvafiq tədbir görülməsini xahiş edib. Amma vətəndaşa göndərilən rəsmi cavab doğurdan da oxuyanları təəccübləndirməyə bilməz.

Belə ki, Bakı şəhəri Baş Polis idarəsinin rəsmisi C.Hüseynov  göndərdiyi cavab məktubunda bildirib ki, “Patrul avtomobilinin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələbinin pozulması halları aşkar edilməmişdir”. Görəsən C.Hüseynov videogörüntüyə dəqiq baxıbmı? Baxıbsa əməkdaşın qaydaları pozduğunu açıq-aşkar görərdi. Yaxud videoya baxıb,amma öz həmkarının əməllərini görməməzlikdən gəlmə halları ola bilərmi? 
Videogörüntünü və göndərilmiş cavab məktubunu təqdim edirik.

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …