Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Cəmiyyət / DYP cərimələrinin ödənişində yenilik

DYP cərimələrinin ödənişində yenilik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin “SmartPay” ödəniş sistemi istifadəçilərinə yeni imkanlar təqdim edir.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra artıq “SmartPay” ödəmə sistemi vasitəsilə də mümkün olacaq.

Həmçinin, “SmartPay” ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək olacaq.
Qeyd edək ki, vətəndaşlar “SmartPay” ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri,
mobil cihazların qeydiyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər. “SmartPay” 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.
Eyni zamanda, ödəmələri, “smartpay.az” saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür. “SmartPay” ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini təmin edir.

Həmçinin oxuyun

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” …