Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Dünyanı silkələyən “Səni deyirlər”in ifaçısı Bakıda – VİDEO

Dünyanı silkələyən “Səni deyirlər”in ifaçısı Bakıda – VİDEO

O, “IX Beynəlxalq The First” mükafatlandırma mərasimində iştirak üçün gəlib

Azərbaycanda, hətta dünyada böyük səs-küy salan “Səni deyirlər” mahnsının ifaçısı İbrahim Əlizadə Azərbaycana gəlib.

Bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza facebook-da məlumat verib:

“Təkcə “Urmunun dəryası” sözündən sonra cəsarətlə “qurutdular da” deməsi yetərlidir ki, onun Urmiyə sevdasını, Azərbaycan sevdasını anlamış olaq. Milyonlarla insanın dinlədiyi və sevdiyi məşhur “Səni deyirlər” mahnısını ifa edən İbrahim Əlizadə artıq dəvətimizlə Bakıdadır”.

Məlumat üçün bildirək ki, İ.Əlizadə Bakıya “IX Beynəlxalq The First” mükafatlandırma mərasimində iştirak üçün gəlib. (Publika.az)

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …