Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Dünya şöhrətli alimin doğum günüdür

Dünya şöhrətli alimin doğum günüdür

Bu gün tanınmış azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Daha sonra ABŞ-a köçüb. Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri idi.

Dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 5-da 96 yaşında Kaliforniyada vəfat edib.

Alim Lütfi Zadə I Fəxri xiyabanda torpağa tapşırılıb.

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …