Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / “Dünən Əli İnsanovla görüşmüşdüm, heç nədən xəbəri yox idi”

“Dünən Əli İnsanovla görüşmüşdüm, heç nədən xəbəri yox idi”

“Əfv fərmanının icrasına sabah, martın 17-si başlanacaq”

Bunu virtualaz.org-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib.
“Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi”. Bu sözləri isə Ə.İnsanovun vəkili Ağaveys Şahverdi deyib. 
Onun sözlərinə görə, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir. Lakin vəkil keçmiş nazirin dəqiq nə vaxt azad ediləcəyini bilmir: “Əfv sərəncamı  dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun prezidentin fərmanından xəbəri var”.

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …