Ana səhifə / Cəmiyyət / DTX rəisi: “İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub”

DTX rəisi: “İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub”

“Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev söyləyib.

M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”. (APA)

Həmçinin oxuyun

Nazirlər Kabinetində qazi və əlilləri narazı salan xəlvəti əməliyyat: “Siyahını gizlicə dəyişiblər”

Son vaxtlar ölkədə əlillik dərəcələrinin verilməsi ilə bağlı problem və müzakirələr səngimir. Əlillik dərəcəsi təyin …