Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / DTX-nın ikinci şəxsi kimdir? – FOTO

DTX-nın ikinci şəxsi kimdir? – FOTO

Ləğv edilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə başçısının 14 dekabr 2015-ci il tarixli 706 nömrəli fərmanı ilə fəaliyyətə başlayıb.
General-leytenant Mədət Quliyevin rəisi olduğu Dövlət Təhlükəsizliyi Xidmətində ikinci şəxsin kimliyi də maraq doğurur.

Qeyd edək ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da. Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarında rəhbər şəxslə yanaşı, həmin orqanın ikinci şəxsi də – birinci müavin və ya müavin postunu tutan məmur – eyni vəzifəni illərdir dəyişmir.

Təbii ki, dövlət qurumlarının birinci və ikinci şəxsləri ilə bağlı bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinə aid edə bilmərik. Çünki bu qurumun yaradılmasından cəmi 1 il 4 aya yaxın vaxt ötür.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən (17.10.2015) sonra onun kadrları da xüsusi xidmət orqanlarından təmizləndi. Və Azərbaycanın xüsusi xidmət orqanları yenidən təşkil olundu.
Eks-nazir Eldar Mahmudovun vaxtilə xüsusi xidmət orqanlarından uzaqlaşdırdığı bəzi bacarıqlı kadrlar yenidən formalaşdırılan Dövlət Təhlükəsizliyi Xidmətinə qaytarıldı. Elə hazırda DTX-da ikinci şəxs olan general da həmin kadrlardandır.

Bəs DTX-nin ikinci şəxsi kimdir?

Modern.az saytı bununla bağlı informasiyanı təqdim edir.

Dövlət Təhlükəsizliyi Xidmətində rəhbərlikdə təmsil olunan general-mayor İsmayıl Bağırov ölkə başçısnın 2 mart 2016-cı il tarixli sərəncamı ilə DTX rəisinin müavini təyin edilib.
İsmayıl Məmmədəli oğlu Bağırova Prezident İlham Əliyevin 17 mart 2016-cı il tarixində imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsi verilib.

İsmayıl Bağırov vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış, lakin sonradan Eldar Mahmudov tərəfindən bu sistemdən uzaqlaşdırılmışdı.
Hələ keçmiş MTN sistemində çalışdığı müddətdə – 28 mart 2009-cu ildə – o zaman polkovnik rütbəsində olan İ.Bağırov xüsusi xidmət orqanlarındakı fəaliyyətinə görə, milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi münasibətilə “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə təltif edilib. Bu təltif zamanı onun Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərməsi, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənməyi əsas götürülüb.

Keçmiş MTN əməkdaşları İ.Bağırovu təhlükəsizlik sisteminin ən professional şəxslərindən biri kimi xarakterizə edirlər. Onun 2016-cı ildə yenidən xüsusi xidmət orqanlarına işə qaytarılması vaxtilə təhlükəsizlik orqalarında çalışanlar tərəfindən yüksək qiymətlənrilib. Vaxtilə Dağlıq Qarabağ müharibəsindn keçmiş general-mayor İsmayıl Bağırovun öz işini mahir bilən çekist olduğu vurğulanır.
İ.Bağırov vaxtilə keçmiş MTN-də Əks-kəşfiyyat üzrə baş idarənin rəisi, eks-milli təhlükəsizlik naziri Namiq Abbasovun beynəlxalq əlaqələr üzrə köməkçisi, katibliyin rəisi vəzifələrini tutub.

General-mayor İsmayıl Bağırov hazırda həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlərindən biridir.

Həmçinin oxuyun

Bakı Avropa Liseyində “Asiya ənənələri”… – İDDİA

Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də …

Bir cavab yazın