Ana səhifə / Cəmiyyət / DSX əsgərin qəflətən öldüyünü deyir

DSX əsgərin qəflətən öldüyünü deyir

“Səhhəti qəfildən pisləşib, həyatını xilas etmək mümkün olmayıb”

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Xəyal Həsrətovun vəfat etdiyi bildirilir.

Bu barədə dekabrın 19-da Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli hərbi qulluqçusu Xəyal Həsrətovun səhhəti qəfildən pisləşib.

Dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, – deyə məlumatda qeyd olunur.

DSX bildirir ki, hazırda əsgərin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma apardığı vurğulanıb.

Həmçinin oxuyun

Məşhur aparıcı ilə ailə quran icra başçısı toyda qonaqlara qadağa qoydu

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş …