Çərşənbə , İyul 17 2019
Ana səhifə / Cəmiyyət / DSK-DAN İSMAYIL AĞAYEVƏ ORİJİNAL XƏBƏRDARLIQ – “MASAYA NAR VƏ ÜZÜMÜ NİYƏ QOYUBSAN?”

DSK-DAN İSMAYIL AĞAYEVƏ ORİJİNAL XƏBƏRDARLIQ – “MASAYA NAR VƏ ÜZÜMÜ NİYƏ QOYUBSAN?”

Azinforum.az xəbər verir ki, 60 saylı Salyan-Neftça seçki dairəsindən deputatlığa namizəd olan, Beynəlxalq  Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevə Dairə Seçki Komissiyası tərəfindən çox maraqlı və orijinal bir xəbərdarlıq edilib. Redaksiyamıza daxil olan məlumata görə, İsmayıl Ağayevə keçirdiyi görüşlər zamanı masaların üstünə üzüm və nar meyvəsinin qoyulmasına dair sonuncu xəbərdarlıq edilib. Məlumatı dəqiqləşdirmək üçün İsmayıl Ağayevin seçki qərərgahı ilə əlaqə saxladıq. İsmayıl Ağayevin vəkili Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında faktı təsdiqlədi:

“Dairə Seçki Komissiyasının sədrinin namizədimizə qarşı qərəzli münasibətindən bir sıra əlaqədar dövlət qurumlarına, həmçinin Mərkəzi Seçki Komissiyasına şikayət etmişik. Hesab edirik ki,  DSK sədri Fuad Muradov namizədimizə qarşı heç bir əsaslı irad tapa bilmədiyi üçün bu cür gülməli üsullardan istifadə etməyə başlayıb. Görün, İsmayıl Ağayevə hansı xəbərdarlıq edilir? Masanın üstünə niyə meyvə qoyursan? Sənin görüşlərində niyə çox adam olur? Qeyd edim ki, biz sözügedən DSK-nın namizədimzə qarşı qərəzli münasibətini seçkilərin ilk mərhələsində hiss etdik. Fuad Muradovun rəhbəri olduğu qurum İsmayıl Ağayevin namizədliyini qeydə almamışdı və güya imzaların saxta olması qənaətinə gəlmişdi. Tərəfimizdən MSK-ya edilən şikayətə baxıldı və nəticədə DSK-nın qərarı ləğv edildi. Biz namizədimizə qarşı aparılan bu tip  qərəzli fəaliyyətə tam hüquqi qiymətin verilməsinə nail olmağa çalışacayıq”.

Qeyd edək ki, 60 saylı dairədən bir neçə nəfərin namizədliyi qeydə alınsa da, əsas mübarizə iki namizəd arasında gedir- Fəzail Ağamalı və İsmayıl Ağayev. Xatırladaq ki, Fəzail Ağamalı bundan əvvəlki seçkidə məhz 60 saylı dairədən mandat qazanıb.

Cinarə SEYİDOVA

AZİNFORUM.AZ

sam1

sam

Həmçinin oxuyun

“Qır-qızıla pul vermədik, gəlinliyi Sumqayıtdan seçdik” – Fotolar+ Video

“Atam fəhlədir. Onunla işini dəyişməklə bağlı nə qədər mübahisə etsək də, fikrindən dönmür. Deyir ki, …

Bir cavab yazın