Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / “Döyüşlərə qatılsaydım, yenə həmin silahımla ermənilərə “toy” tutacaqdım…”

“Döyüşlərə qatılsaydım, yenə həmin silahımla ermənilərə “toy” tutacaqdım…”

“Bu dəfəki döyüşlərə də könüllü yazılmışdım, amma çağırmadılar. İşlədiyim Neftçala rayon Yanğından Mühafizə Xidmətindən 4 nəfər könüllü orduya yazılmışdıq”.
Bunu Moderator.az-a açıqlamasında 2014-cü il noyabrın 12-də Azərbaycan sərhədini pozan erməni helikopterini vuran və “Vur, komandir, vur!” şüarı ilə məşhurlaşan MAXE İlkin Muradov deyib:
“Bu dəfəki döyüşlərə də könüllü yazılmışdım, amma çağırmadılar. İşlədiyim Neftçala rayon Yanğından Mühafizə Xidmətindən 4 nəfər könüllü orduya yazılmışdıq. Təbii ki, müharibə təcrübəm var, 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etmişəm. Döyüşlərə qatılsaydım, yenə həmin silahımla ermənilərə “toy” tutacaqdım. Çünki erməni helikopterini vurandan sonra onlar məni çox yaxşı tanıyırlar. Qaldı ki, qələbə xəbərinə hamımız sevinirik, ümid edirik ki, düşmən imza atdığı bəyannamənin bəndlərinə əməl edəcək və qalan torpaqlarımızdan da çıxacaq”.
Xatırladaq ki, İ.Muradov bu qəhrəmanlığına görə Müdafiə Nazirliyi tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …