Ana səhifə / Cəmiyyət / DÖVRİYƏYƏ YENİ MANAT BURAXILIR? – FOTO

DÖVRİYƏYƏ YENİ MANAT BURAXILIR? – FOTO

Azinforum.az xəbər verir ki,  yola saldığımız 2015-ci ildə Azərbaycanın milli valyutası iki dəfə devalvasiyaya uğrayaraq xeyli dəyər itirdi.  Yenicə qədəm qoyduğumuz 2016-cı ildə manatın dollara nisbətdə bir qədər də ucuzlaşacağı proqnozlaşdırılır. Azinforum.az-ın əldə etdiyi məlumata görə,  Azərbaycan hakimiyyəti manatın nüfuzunu qaytarmaq üçün bir sıra addımları atmağı planlaşdırır. Belə tədbirlərdən biri kimi yeni dizaynda manatın  dövriyəyə buraxılması göstərilir. Bəzi ekspertlərin fikirinə görə, bu prosesdən sonra əhali arasında  yaradılan süni  dollar ajiotajına son qoyula bilər.

Sosial şəbəkələrdə yeni dizaynda olacaq manatın fotoları da paylaşılır. Yeni pulların Almaniyada çap ediləcəyi bildirilir.  Biz bu məlumatın nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün Mərkəzi Bankla əlaqə yarada bilmədik. Bayramla əlaqədar qeyri-iş günü olması səbəbindən rəsmi qurumun mövqeyini öyrənmək mümkün olmadı.

Mövzu ilə bağlı Mərkəzi Bankın mövqedyini dərc etməyə hazırıq.

—–

 Dövriyyəyə yeni manatın buraxılacağı haqda xəbərlər həqiqəti əks etdirmir. Bunu Axar.az-a Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sosial şəbəkələrdə dövriyyəyə yeni manatın buraxılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. MB sözçüsü bu barədə müzakirələrin belə getmədiyini qeyd edib: “Hətta yeni əsginazların “fotolarını” da dərc ediblər. Bütün bunlar yalan və əsassız xəbərlərdir, heç bir əsası yoxdur”. Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlərdə yeni pulların Almaniyada çap ediləcəyi bildirilib və hətta yeni əsginazların fotoları da düzəldilib.

 

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın