Çərşənbə axşamı , Mart 19 2019
Ana səhifə / Cəmiyyət / Dövlət qulluqçusu olmaq üçün 120 nəfər ərizə verib

Dövlət qulluqçusu olmaq üçün 120 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
DİM-dən verilən məlumata görə, yanvarın 5-nə olan məlumata əsasən, müsahibədə iştirak etmək üçün ümumilikdə 120 nəfər qeydiyyatdan keçib. Onlardan 118-i dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələrin, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati icraçı vəzifələr) tutulması üçün müraciət edib. Göründüyü kimi inzibati icraçı vəzifələrdə işləmək istəyənləri sayı daha çoxdur.

Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 322 vakant vəzifənin 48-i 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 227-si 7-ci təsnifata aid olmaqla, 1-i AB, 25-i AC, 46-sı BA, 249-u isə BB vəzifə qrupuna aiddir.

Həmçinin oxuyun

Evli kişi ilə eşq yaşadığı deyilən Aysel: “Həyatım boyu qarışqanı belə əzməmişəm”

Son zamanlar adı qalmaqallarda hallanan müğənni Aysel Əlizadə susqunluğunu pozub. BiG.AZ xəbər verir ki, ifaçı haqqında …