Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət /  Dövlət Qulluğu Məsələləri üzrə Komissiya daha bir müsabiqəyə yekun vurdu -Naxçıvanda

 Dövlət Qulluğu Məsələləri üzrə Komissiya daha bir müsabiqəyə yekun vurdu -Naxçıvanda

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, adıçəkilən komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu ilin oktyabr ayının 11-də elan olunan müsabiqənin müsahibə mərhələsinə yekun vurulub.
Müsahibə mərhələsinə dekabrın 11-də start verilib. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilib. Bu mərhələdə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertin, komissiyanın və müvafiq dövlət orqanının nümayəndəsinin iştirakı təşkil edilib, müsahibə prosesinin videoçəkilişi aparılıb. Müsahibənin nəticələri haqqında məlumatlar komissiyanın rəsmi internet saytında yerləşdirilib, müsahibələrdə iştirak edən 84 namizəddən 56 nəfəri müvəffəqiyyət qazanıb.
Müsabiqəyə 74 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 192 nəfər sənəd təqdim edib. Müsabiqənin test imtahanları mərhələsində iştirak edən 170 namizəddən 108-i keçid balını toplaya bilib. Onlardan 89-u müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim edib. Namizədlərin hazırlığı məqsədilə müvafiq dövlət orqanı üzrə müsahibə proqramları komissiyanın rəsmi internet saytında yerləşdirilib və lazımi ədəbiyyat siyahıları göstərilib.
Məlumat üçün bildirək ki, müsahibə başa çatdıqdan dərhal sonra namizədlərin yekun bal arayışları hazır­lanır və şəxsi işlərinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar komissiyanın müşayiət məktubu ilə Dövlət Statistika Komitəsinə təqdim ediləcək.

Həmçinin oxuyun

Bakı Fransız Liseyinin bağlanma səbəbləri açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi …

Bir cavab yazın