Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / DÖVLƏT PLANINA ƏSASƏN APARILAN ABADLIĞA KİMSƏ KÖLGƏ SALA BİLMƏZ

DÖVLƏT PLANINA ƏSASƏN APARILAN ABADLIĞA KİMSƏ KÖLGƏ SALA BİLMƏZ

Son günlər bəzi sosial şəbəkələrdə Nizami rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə kölgə salmaq məqsədilə informasiyalar və fotolar paylaşılır. Maraqlıdır ki, bəzi saytlar həmin fotoları əsas götürərək, araşdırılmadan güya rayon ərazisindəki yaşıllıqların kütləvi şəkildə məhv edilməsinə dair  xəbərlər yayıllar. Azinforum.az Nizami rayonu ərazisindəki  “Qara Qarayev” və “Xalqlar Dostluğu” stansiyaları arasındakı yol kənarında görülən  işlərin hansı məqsədlə edildiyini aydınlaşdırmaq üçün  rayon İcra Hakimiyyətinin baş memarı  Azər Məmmədovla əlaqə saxlayıb. O, Azinforum.az-a açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:

“Yəqin bilirsiniz ki, son vaxtlar Nizami rayon ərazisində böyük abadlıq işlərinə start verilib. Xüsusilə də, rayonun yol infrastrukturunun tamamilə yenilənməsi həyata keçirilir.Deyilən ərazidəki yolda olan sıxlığı hamımız müşahidə etmişik. Xüsusilə də, 8 km bazarına yaxın ərazidə marşrut avtobuslarının arda-arda dayanaraq  sərnişin götürməsi böyük  tıxacların yaranmasına səbəb olur. Bu məqsədlə biz sözügedən yerdə avtobusların yan alması üçün bir qədər geniş dayanacağın tikilməsi layihəsini təsdiqləmişik. Bu layihə bütün əlaqədar qurumlarla razılaşdırılıb. Heç bir obyekt tikintisindən söhbət  gedə bilməz. Bəzi saytlarda təqdim  edilən fotolardan da görünür ki, həmin ərazi obyekt tikintisi üçün yararlı deyil. Biz dəqiqləşdirilmədən yayılan bu tip informasiyalara təəssüflənirik. Hesab edirik ki, həmin xəbərlər rayonda aparılan işlərə kölgə salmaq məqsədilə yayılır”.

Azinforum.az-ın apardığı araşdırmalardan sonra məlum olub ki, rayon icra hakimiyyəti 8 km bazarı ətrafından Babək prospektinə qədər olan ərazidə bir qədər genişləndirmə işləri aparmağı planlaşdırır. Qeyd edək ki, məhz həmin ərazidəki yolun dar olması uzun tıxacların yaranmasına rəvac verir. Artıq indidən həmin ərazidəki yol qırağında obyektləri olan bəzi iş adamları bu layihənin reallaşmasından narahat olmağa başlayıb.  Onlar yolun genişlənməsi planına uyğun şəkildə aparılan işlər zamanı qanunsuz zəbt edərək tikidirdikləri obyektlərin plana düşəcəyindən qorxaraq, bu işi məqsədli şəkildə  yayılan dezinformasiyalar vasitəsilə durdurmaq istəyillər. Ancaq bir faktı unutmaq lazım deyil ki, dövlət adı ilə görülən abadlıq işlərinə heç bir qüvvə kölgə sala bilməz!

 

lot

 

M. MİRZƏ

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

Azərbaycanda islahatların qarşısını almaq istəyən kimlərdir?

2019-ci il Prezident İlham Əliyev tərəfindən ölkədə islahatların davam etdirilməsi ili elan olunub.  Bununla bağlı …

Bir cavab yazın