Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Cəmiyyət / Dövlət Komitəsinin sədri ailə məhkəmələrinin alternativlərini açıqlayıb

Dövlət Komitəsinin sədri ailə məhkəmələrinin alternativlərini açıqlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təkliflərə münasibət bildirib. 

Dövlət Komitəsinin sədri APA-ya açıqlamasında deyib ki, bu funksiyanı yeni yaradılmış mediasiya orqanları yerinə yetirməyə çalışacaqlar. B. Muradova bu sahədə müxtəlif ölkələrin müxtəlif təcrübələrin olduğunu qeyd edib: 

“Azərbaycanda bu məsələlərlə məşğul olan hakimlər korpusu da var. Ailə məsələləri ilə bağlı işlərə konkret hakimlər baxır. İstənilən halda bu məsələlərə sistemli yanaşmağa ehtiyac var. Ailə psixoloqu institutunun da formalaşmasına ehtiyac var, bu, çox vacibdir. Bu cür hadisələrin baş verməsinin əksəriyyətinin səbəbi məhz bu sahədə olan çatışmazlıqla bağlıdır. O cümlədən məktəb psixoloqu institutuna da geniş çərçivədə yanaşmaq lazımdır. Bu sahədə mütəxəssislər yetişdirilməlidir”.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …