Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi azadlığa buraxıldı

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
R. Məmmədov və digər təqsirləndirilənlər də barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.
Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, günün birinci yarısında keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı R. Məmmədov və İsfəndiyar İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib və həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.

Həmçinin oxuyun

Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlərin necə müəyyənləşəcəyi açıqlandı

Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə …

Bir cavab yazın