Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / Dövlət Baxçalı azərbaycanlı qazilərə “Boz qurd” nişanı verdi – Fotolar

Dövlət Baxçalı azərbaycanlı qazilərə “Boz qurd” nişanı verdi – Fotolar

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərək, onlara MHP-nin rəmzi olan “Boz qurd” nişanı verib.
Bu barədə MHP-nin sədr müavini, türkiyəli millət vəkili Kamil Aydın özünün tvitter səhifəsində yazıb.
“Qarabağda 30 illik erməni işğalını 44 gündə sonlandıran azərbaycanlı qazilərimizi möhtərəm sədrimizin himayəsi ilə qərargahımızda qonaq etdik. Boz qurd ürəkli qazilərimizə qızıl “Boz qurd” nişanı verən sədrimizə onların adından minnətdarlığımı bildirirəm”, – K. Aydın bildirib.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib- Foto

02 fevral 2023-cü il tarixdə Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu …