Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır. 

“Karat Holdinq” MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. Holdinqin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur. 

Ondan əvvəl şirkəti Əsabil Qasımov təmsil edib. Ümumiyyətlə, “Karat Holdinq”in sahibi kimi Əsabil Qasımovun adı çəkilir. 

Əsabil Qasımov Milli Məclisin IV çağırış deputatı olub. O, parlamentdə 79 saylı İmişli seçki dairəsini təmsil edib. 

İqdam Umudov Əsabil Qasımovun qaynıdır. 

Keçmiş deputatın biznesi “Karat Holdinq”lə məhdudlaşmır. Mediada gedən məlumatlara görə, Əsabil Qasımovun “Karant Holdinq” MMC-dən başqa aşağıdakı şirkətləri var:

– “Karat” MTK

– “İdeal” MMC

– “Azİnvest” Tikinti Şirkəti

– “Everest-M”

– “Şin Servis”

– “Karmen” MMC (Un dəyirmanı)

– Hökməli Makaron Fabriki

– Hökməli Kisə Fabriki

– “ASTE”L MMC (Quşçuluq fabrikləri)

– Gəncədə “Fatoğlu” un dəyirmanı

– Bakıda “Marina Plaza” oteli

– Bakıda “Premium” market

Həmçinin oxuyun

NAZİR: Məktəblərdə yoxlamalar davamlı aparılacaq

Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O …