Ana səhifə / Cəmiyyət / Dörd aydan çoxdur komada olan Vətən müharibəsinin iştirakçısı vəfat edib

Dörd aydan çoxdur komada olan Vətən müharibəsinin iştirakçısı vəfat edib

Dörd aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

APA-nın yerli bürosu xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Mərhum sabah Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn ediləcək.

Həmçinin oxuyun

Rayonlara giriş-çıxış bağlana bilər – AÇIQLAMA

“Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Virusa yoluxanların sayı sağalanların sayından iki …