Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Donald Tramp qələbə çıxışı etdi

Donald Tramp qələbə çıxışı etdi

ABŞ-ın 45-ci prezidenti seçilən Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbədən sonra seçki qərargahında canlı yayımda çıxış edib.

Azinforum.az  xəbər verir ki, Tramp rəqibi Hillari Klintonun ona zəng edərək məğubiyyətini etiraf etdiyini deyib: “Mən də öz növbəmdə uğurlu kampaniyasına görə Hillari Klintonu təbrik etdim. Hillari seçkiqabağı kampaniya çərçivəsində çox gərgin və yaxşı işlədi. Hesab edirəm ki, respublikaçılar və demokratların birgə işləmək vaxtı çatıb. Mən bütün amerikalıların prezidenti olacağam. Bu, mənim üçün çox vacibdir. Mənim qalibiyyətim irqindən, cinsindən asılı olmayaraq hamının birləşməsi deməkdir”.

Daha sonra Tramp kampaniyası çərçivəsində ona kömək edən hər kəsə təşəkkürünü bildirib. O, həyat yoldaşı və ailəsinə sonsuz minnətdar olduğunu deyib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın