Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / “Diqlas”da malları yanan sahibkarlara təklif – SİYAHI

“Diqlas”da malları yanan sahibkarlara təklif – SİYAHI

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub.

Bu barədə nazirlikdən məlumat verilib.

Təklif olunan ticarət obyektləri aşağıdakılardır: 

1. Bakıxanov qəsəbəsi, “Aygün” Ticarət Mərkəzi (Mall), 5-ci mərtəbə – 80 obyekt, 6000 m2 
Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43) 

2. Bakıxanov qəsəbəsi, “Meqasiti” Ticarət Mərkəzi (2 mərtəbəli) – 250 obyekt, 12000 m2 
Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43) 

3. Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza; 
Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11) 

4. Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza. 
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55) 

5. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. 
Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89), Qabil Nəhmədov (tel: 050 213 33 68) 

6. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). 
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118) 

7. S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. 
Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60) 

İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007). 

Həmçinin oxuyun

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında və dünya birliyində layiqli …