Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Dindarlara bayquş deyən aparıcı indi də naxçıvanlılara “ilişdi” — VİDEO

Dindarlara bayquş deyən aparıcı indi də naxçıvanlılara “ilişdi” — VİDEO

“Şəhərdəkilər sanki, Bağdadda kor xəlifə, burda mən…”

Azinforum.az xəbər verir ki, ANS kanalında yayımlanan “İncə maraqlar” verilişində aparıcı Elnarə Təhməzova yenə qıcıq yaradan sözləri ilə diqqət çəkib. Belə ki, ilk dəfə Naxçıvana gedən aparıcı şəhərin təmizliyindən və insanlarından razı qaldığını bildirib. İnsanlarının mehribanlığını xüsusi vurğulayan Elnarə Təhməzova “naxçıvanlılara xüsusi deyirəm, çox mehribandırlar, mənim qarşıma çıxanları deyirəm. Yəni şəhərdəki naxçıvanlılardan çox fərqlənirdi ordakı naxçıvanlılar. Şəhərdəkilər sanki, Bağdadda kor xəlifə, burda mən…” deyərək fikirlərini səsləndirib. Qeyd edək ki, Elnarə Təhməzovanın ötən sezonda dindar xanımların geyimi ilə bağlı səsləndirdiyi fikirləri tənqidlə qarşılanmışdı. Hətta buna görə aparıcı efirdən uzaqlaşdırılmış və kanalın Yaradıcılıq Şurası onun müəllifi olduğu “İncə Maraqlar” və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi. 

https://www.youtube.com/watch?v=Hyb3wJk6Uwo

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın