Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Cəmiyyət / DİN qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi barədə iddialara cavab verib

DİN qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi barədə iddialara cavab verib

Sosial şəbəkələrdə “Nizami” metrostansiyası yaxınlığında post-patrul xidmətinin əməkdaşları tərəfindən qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi iddiası yayılıb.

Bildirilir ki, yol kənarında oturmuş E.Bədəlov PPX əməkdaşları tərəfindən döyülüb və halı pisləşdiyi üçün ona təcili yardım çağırılıb. O da qeyd olunur ki, Bədəlovla həyat yoldaşı bölmədə 3 saat saxlanılıb və onlara təzyiq göstərilərək bir-birilərindən şikayətçi olmamaları haqda izahat alınıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib: “Ərazidə olan vətəndaşlar Post Patrul Xidmətinin əməkdaşlarına müraciət edərək bir qadın və kişinin mübahisə etdiyini bildiriblər. Polis əməkdaşları mübahisə edən həmin şəxsləri ərazi üzrə 27-ci polis bölməsinə gətirmək istəyərkən E.Bədəlov adlı şəxs müqavimət göstərərək getmək istəməyib və özünü yerə yıxıb. Bu zaman ikinci post-patrul xidməti avtomobili avtomobili əraziyə çağırılıb.

Onlar bölməyə gətirildikdən sonra məlum olub ki, onlar bir ay öncə ailə həyatı qurublar və mübahisə etmələrinin səbəbi qadının həyat yoldaşından icazəsiz mağazaya getməsidir.

Hər iki şəxs polis bölməsində barışdıqdan sonra izahat yazaraq şikayətçi olmadıqlarını bildiriblər və sərbəst buraxılıblar”.

Həmçinin oxuyun

Polad Həşimovun anası Rəsulzadənin və Atatürkün məzarlarını ziyarət etdi

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin …