Cümə , Dekabr 1 2023
Ana səhifə / Cəmiyyət / DİN: Müharibədən sonra bəzi şəxslər silah ələ keçirib

DİN: Müharibədən sonra bəzi şəxslər silah ələ keçirib

Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara müraciət edib. 

Bu barədə nazirliyin noyabrın 3-də yaydığı məlumatda bildirilib.

“Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur

Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir”, – müraciətdə qeyd olunub. 

Nazirlik həmçinin silahların qanunsuz saxlanılması, satılması barədə məlumat verən şəxslərin konfidensiallıqları qorunmaqla mükafatlandırılacağını bildirib.

Həmçinin oxuyun

Aktyor üsyan etdi: “Gecədən səhərədək çılpaq qadınlara baxıb, onları…”

“Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək…”. Bu fikirləri insanların sosial şəbəkələrdəki davranışları …